İşə Qəbul və Seçim Mərhələləri
online offline

"Business Management School" MMC olaraq İnsan Resurslarının İdarə Edilməsi sahəsindəki zəngin və uğurlu təcrübəmiz əsasında hazırladığımız və təşkil etdiyimiz "İşə Qəbul və Seçim Mərhələləri" təliminin 15-ci sessiyasına qeydiyyatları açıq elan edirik.
 

Təlim kimlər üçün nəzərdə tutulub?

- İşə qəbul üzrə mütəxəssis və rəhbərlər
- İşə qəbul prosrsini icra edən HR-lar
- İşə qəbul prosesində iştirak edən rəhbərlər
 

Bir yerdə öyrənib, təyin edəcəyik:

1. Öz bilik və bacarıqlarını sata bilən namizədlərə aldanmayıb, necə səriştəli və perspektivli namizədləri seçəcəyimizi;
2. Namizəd yalnız bilik və bacarıqlarına görə qiymətləndirilib işə götürülür. Əslində isə bu belə deyil, diqqətimizdən qaçan vacib digər məqamları necə təyin edəcəyimizi;
3. Əgər yaxşı iş şərtləri ilə istənilən namizədi cəlb etmək olar fikrindəsinizsə, yanılırsız. Namizəd cəlbi zamanı çox vacib detallara fokuslanmağı;
4. Namizəd sayına deyil, keyfiyyətə fokuslanmağı;
5. Müsahibədə şablon sual verməyi deyil, namizədin öz səriştələrini nümayiş etdirə bilməsi üçün nələr edə biləciyimizi.

1. Şirkət daxili insan resurslarının təhlili;
2. Səriştə standartlarının hazırlanması (Səriştə matrisi və xəritələri);
3. Vakansiya və axtarış kanallarından asılı olaraq iş elanlarının hazırlanması;
4. Axtarış kanallarının seçimi (müsbət və mənfi tərəfləri);
5. “Headhunting” prosesinin özəllikləri (namizədlərin psixotiplərindən irəli gələrək headhunting strategiyaları);
6. Daxili və xarici seçim prosesləri (müsbət və mənfi tərəfləri);
7. Sosial strateji işə qəbul (gündəlik,həftəlik, aylıq, illik);
8. İş müsahibəsinə qədər seçim (CV Screening);
9. Müsahibəyə hazırlıq;
10. İşə qəbulun 5 əsas prinsipi;
11. Ənənəvi müsahibə növləri (müsbət və mənfi tərəfləri);
12. Qeyri ənənəvi müsahibə növləri;
13. Müsahibənin strukturu və sualların verilməsi üzrə qruplar;
14. Aysberq qaydası;
15. Yalanların təyin edilməsi üçün effektiv metodlar (Q prinsipi, Kolombo metodu, Proektiv format və digər);
16. Namizədin komfort zonası;
17. Sualların verilməsi zamanı əsas qaydalar;
18. Səriştə əsaslı müsahibə (STAR, PARLA metodları);
19. Kouçinq əsaslı müsahibə “Disney modeli”;
20. DİSC modeli (insan temperamentləri və xarakter);
21. “3 pozitiv və 3 neqativ” metodu;
22. “Employer branding”.

Şamo Mürşüdov Dövlət Qurumu, İnsan Resursları rəhbəri

Təlimin ödənişi 350 AZN təşkil edir.
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.

Ödənişə daxildir:
- Təlim materialları (elektron versiya)
- Çay - kofe fasiləsi
- Yekun imtahan
- Sertifikat

Təlim iştirakçıları üçün 2 kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.

- Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!

Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi  ödənilə bilər. 

✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə  “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar. 

 

İşə qəbul və seçim mərhələləri
Təlimçi Tarix Saat Müddət
Şamo Mürşüdov 23 yanvar 2025, cümə axşamı 19:30 - 21:30 2 saat
25 yanvar 2025, şənbə 16:00 - 18:00 2 saat
28 yanvar 2025, çərşənbə axşamı 19:30 - 21:30 2 saat
30 yanvar 2025, cümə axşamı 19:30 - 21:30 2 saat
1 fevral 2025, şənbə 16:00 - 18:00 2 saat
4 fevral 2025, çərşənbə axşamı 19:30 - 21:30 2 saat
6 fevral 2025, cümə axşamı 19:30 - 21:30 2 saat
8 fevral 2025, şənbə 16:00 - 18:00 2 saat

Müraciət et

Populyar kurslar