"Business Management School" MMC ölkəmizin təlim sektorunda HR təlimlərinin əsasını qoymuş, 2015-ci ildən indiyə kimi HR üzrə ən çox növdə və sayda təlimlər təşkil edərək keçirmiş və bu sahədə ən çox məzunu olan təlim mərkəzlərindən biridir. Hazırda da mütəmadi və periyodik olaraq HR sahəsində 15-dən çox fərqli təlim təşkil etməkdəyik. Bu təlimlərdən biri də "0-dan başlayanlar üçün HR Mütəxəssis" təlimidir.
İndiyə kimi 71 dəfə uğurla təşkil edərək keçirdiyimiz "0-dan başlayanlar üçün HR Mütəxəssis" təlimi fərqli sahələr üzrə təhsil almış, fərqli sahələrdə çalışmış, lakin HR sahəsində karyera qurmaq istəyənlər üçün hazırlanmışdır. Təlim 4 moduldan ibarətdir və müddəti 35 saatdır. Bu sahədə peşəkar təcrübəyə sahib 4 təlimçi tərəfindən tədris edilən 0-dan başlayanlar üçün HR Mütəxəssis" təliminin 72-ci sessiyasına qeydiyyatlar davam etməkdədir.
Təlim kimlər üçün nəzərdə tutulub?
- HR sahəsi üzrə təhsil və təcrübəsi olmadığı halda bu sahədə karyera qurmaq istəyən hər kəs iştirak edə bilər.
I Modul: İnsan Resurslarının İdarə Edilməsi (12 saat)
Təlimçi: Aysel Şıxəliyeva |
|
I hissə: İnsan resurslarının idarə edilməsi | |
1 | İRİE nədir, məqsədi və hədəfləri |
2 | Müasir dövrdə İRİE-nin rolu və təkamülü |
3 | İRİE-nin modulları və onlar arasında qarşılıqlı əlaqə |
4 | İRİE-nin hüquqi əsasları (nizamanmə, əsasnamə, daxili davranış prosedurlarının hazırlanması) |
5 | İRİE üzrə mütəxəssisin səriştəlikləri |
II hissə: İşə qəbul və adaptasiya |
|
1 | İR planlamanın zərurəti |
2 | İşəqəbul sisteminin strukturu |
3 | Vakansiyanın idarəolunması ( elanın hazırlanması, namizəd axtarış kanalları, CV screening |
4 | Müsahibələrin keçirilməsi (hazırlıq, texnikaları, namizədin qiymətləndirilməsi, davranış qaydaları, mərhələləri ) |
5 | İşçi adaptasiyasının düzgün tənzimlənməsi |
III hissə: Xidməti fəaliyyətin idarə olunması və karyera inkişafı |
|
1 | XFİ anlayışı, ənənəvi və modern qiymətləndirmə metodları, və sistemin qurulmasında məqsəd |
2 | XFİ metdoları ( 360 dərəcə, MBO, BARS, qiymətləndirmə mərkəzi metodu) |
3 | XFİ nəticələrinin idarəolunması |
4 | Fərdi inkişaf planı |
5 | Strateji vəzifələr üzrə əvəzedicilərin yetişdirilməsi |
|
|
1 | Təlim və inkişaf modulunun əhəmiyyəti |
2 | Təlim ehtiyaclarının müəyyən edilməsi |
3 | Təlim planının hazırlanması, həyata keçirilməsi və nəzarət |
4 | Effektivliyin ölçülməsi |
V hissə: İşçi bağlılığının yaradılması, mükafatlandırma və motivasiya |
|
1 | İşçi bağlılığının mahiyyəti və təkan verən amillər |
2 | İRİE mütəxəssislərinin işçi bağlılığında rolu |
3 | İşçi bağlılığını artıran fəaliyyətlər |
4 | Maddi və qeyri-maddi motivasiya |
5 | Motivasiya nəzəriyyələri |
HR LAB Modulu, I hissə (4 saat)
Mentor: Ayşən Cabaylı |
|
1 | I modulda tədris edilən mövzuların praktiki misal və məsələlər və qrup çalışmaları ilə möhkəmləndirilməsi |
II Modul: Əmək Qanunvericiliyi və Sənədləşmə (12 saat)
Təlimçi: Əziz Əzimov |
|
I hissə | |
1 | Azərbaycan Respublikasının əmək qanunvericiliyi haqqında məlumat |
2 | Əmək münasibətlərinin tərəfləri |
3 | Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri |
4 | Sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar |
5 | Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi (Elektron hökumət portalında iş) |
6 | Əmək kitabçası və onun doldurulma qaydaları |
7 | İşçinin “şəxsi işi”nin tərtibi |
8 | Əmək müqaviləsinə dəyişikliklərin edilməsi, başqa işə keçirmə |
9 | Əmək şəraitinin şərtləri və onların dəyişdirilməsi |
10 | Əvəzçilik üzrə əmək müqaviləsi |
11 | Başqa işçinin əmək funksiyasının icrası |
II hissə |
|
1 | ƏMAS-da praktiki məşğələ |
2 | İş və istirahət vaxtı anlayışı |
3 | İş vaxtının normaları (tam, qısaldılmış, natamam) |
4 | İş vaxtının cəmlənmiş uçotu |
5 | Gecə vaxtı işin müddəti |
6 | İş vaxtından artıq iş |
7 | İstirahət və iş günü hesab edilməyən günlərdə işə cəlb olunma |
8 | Məzuniyyətin növləri və onların rəsmiləşdirilməsi |
9 | Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası |
III hissə |
|
1 | Əmək müqaviləsinə xitam verilməsinin əsasları və xitamın sənədləşdirilməsi |
2 | İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası |
3 | İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları |
4 | Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası |
5 | Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları |
6 | Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi |
7 | Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları |
8 | Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları |
HR LAB Modulu, II hissə (4 saat)
Mentor: Ayşən Cabaylı |
|
|
II modulda tədris edilən mövzuların praktiki misal və məsələlər ilə möhkəmləndirilməsi. |
III Modul: Uğurlu Karyera; CV, Müsahibə, Şəxsi Brendinq | Onlayn (3 saat)
Mentor: Abid Səmədov |
|
|
- Karyera planlaması necə edilməlidir? Uğurlu karyera qurmağın mərhələləri və sirrləri. |
Təlimin ödənişi 500 AZN olaraq təyin edilmişdir.
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (elektron)
- Nəticə imtahan və iştirak barədə sertifikat
- Çay - kofe fasiləsi
Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduğu təqdirdə 5%, 3 və daha artıq iştirakçı qoşulduqda isə 10% endirim tətbiq olunur.
Sertifikat: İştirakçılar 2 növ sertifikatla təltif olunurlar:
Təlimin ümumi müddətinin ən az 80%-də iştirak edən və sonda keçiriləcək imtahandan 70%-dən yüksək nəticə göstərənlər müvəffəqiyyət, digərləri isə işitrakçı sertifikatı əldə edirlər.
"HR Mütəxəssis" təlimi korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.
HR Mütəxəssis 72-ci sessiya | ||||
Təlimçi | Tarix | Saat | Müddət | Modul |
Aysel Şıxəliyeva | 18 yanvar 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | İnsan Resurslarının İdarə Edilməsi |
25 yanvar 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | ||
1 fevral 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | ||
Ayşən Cabaylı | 8 fevral 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | HR Lab |
Əziz Əzimov | 15 fevral 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | Əmək Qanunvericiliyi və Sənədləşmə |
22 fevral 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | ||
1 mart 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | ||
Ayşən Cabaylı | 15 mart 2025, şənbə | 14:30 - 18:30 | 4 saat | HR Lab |
Abid Səmədov | 18 mart 2025, çərşənbə axşamı | 19:00 - 21:30 | 2.5 saat | Karyerada uğura aparan yol: CV, Müsahibə, Şəxsi Brendinq (Online) |