HR Biznes Partnyor (HRBP) Proqramı
online offline

"Business Management School" HR sahəsindəki 9 illik təlim təşkilatçılığı təcrübəsinə əsaslanaraq "HR Biznes Partnyor (HRBP) Proqramı" təliminə qeydiyyatları açıq elan edir.

Təlim kimlər üçün nəzərdə tutulub?
- İnsan Resursları üzrə mütəxəssis, menecer və rəhbərlər
- İşə qəbul üzrə mütəxəssis, menecer və rəhbərlər
- Təlim və İnkişaf üzrə mütəxəssis, menecer və rəhbərlər
- İnsan Resursları əməliyyatları üzrə mütəxəssis, menecer və rəhbərlər

Bu təlimdə iştirak etmək sizə nə qazandıracaq?

İnsan Resurslarının İdarə Edilməsi üzrə aşağıdaki funksiyalarını dərindən mənimsəyərək öyrənəcək, bu istiqamətdə praktiki vərdişlərə yiyələnəcəksiniz;

  • İnsan resursları biznes tərəfdaşlıq modeli
  • Uğurlu HR Biznes tərəfdaşlıq üçün vacib səriştəliklər
  • Biznes anlayışı / Təfəkkür dəyişikliyi
  • Təşkilati bacarığın formalaşdırılmasında İR biznes tərəfdaşın rolu
  • Steykholderlərin effektiv idarə edilməsi
  • İşçilərlə əlaqələr

 

Bu təlimdə iştirak etməklə siz İnsan Resursları idarəçiliyi üzrə uzun müddətli mütəxəssis və rəhbər təcrübəsinə sahib, hazırda öz sektorunun qabaqcıl şirkətlərindən olan SOCAR Dowenstream Management şirkətinin HR Direktoru olaraq çalışan, Türkiyənin Orta Doğu Texniki Universiteti və İngiltərənin Warwick Business School təhsil müəssisəsində ali təhsil almış Elmir Məmmədovun dəyərli bilik və təcrübələrini öyrənmə imkanı əldə edəcəksiniz.


Sertifikat

1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.

Modul 1: İnsan resursları biznes tərəfdaşlıq modeli

  • HR BP modelinə ümumi nəzər salaraq məzmunu və əhəmiyyətini, HR BP Modelinin təkamülünü anlamaq
  • Rollar və öhdəliklər üzərindən ənənəvi HR vs. HR BP modelini fərqləndirmək, biznes ehtiyacları və onların HR strategiyası ilə uzlaşdırılmasını anlamaq


Modul 2: Uğurlu HR Biznes tərəfdaşlıq üçün vacib səriştəliklər

  • Effektiv HR Biznes tərəfdaş kimi fəaliyyət göstərilməsi üçün vacib bilik və bacarıqlar, davranış səriştəliklərini anlamaq və təkmilləşdirmək


Modul 3: Biznes anlayışı / Təfəkkür dəyişikliyi

  • Biznes mu hitini sənayenin təhlili, təşkilati strukur və təşkilati mədəniyyət üzərindən anlamağın yolları
  • Maliyyə hesabatları haqqında ümumi anlayış və HR praktikalarının biznes nəticələri ilə əlaqələndirilməsi
     

Modul 4: Təşkilati bacarığın formalaşdırılmasında HR biznes tərəfdaşın rolu

  • Səriştəlik çərçivələri
  • İstedadların idarə olunması sistemi 
  • Dəyişikliklərin idarə edilməsi
  • İşçi məmnuniyyət sorğuları və geribildirim (feedback) mədəniyyəti
     

Modul 5: Steykholderlərin effektiv idarə edilməsi

  • Effektiv ünsiyyət strategiyları və qərarvericiləri inandırma və təsir etmə
  • Steykholder gözləntilərinin düzgün idarə edilməsi
     

Modul 6: İşçilərlə əlaqələr

  • Pozitiv mühitin formalaşdırılması
  • İşçi konfliklərinin idarə olunması
  • İşçi məmnuniyyətinin yüksəldilməsi üçün strategiyalar
Elmir Məmmədov "SOCAR Downstream Management", İnsan resursları üzrə direktor

Təlimin ödənişi: 350 AZN

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.

  • Təlim ödənişini hissələrlə ödəmək mümkündür:
    Təlimin ödənişinin 100 manatı qeydiyyatı rəsmiləşdirmək üçün öncədən ödənilir. Qalan ödənişin 1/2 hisəsi təlim başlayan gün, qalan 1/2 hissəsi isə təlimin son günü ödənilməlidir.
     
  • Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
    1. “Business Management School” MMC-nin digər təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
    2. Korporativ müştərilər üçün: Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.

    Ödənişə daxildir:
    - Praktiki çalışmalar
    - Təlim materialları (Elektron)
    - Sonda keçiriləcək imtahan
    - Çay- kofe fasiləsi
    - Sertifikat
     

Sertifikat

1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.

Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.   

Təlim müddəti: 16 saat
Təlimçi Tarix Saat Müddət
Elmir Məmmədov 4 sentyabr 2024 19:00 - 21:00 2 saat
6 sentyabr 2024 19:00 - 21:00 2 saat
11 sentyabr 2024 19:00 - 21:00 2 saat
13 sentyabr 2024 19:00 - 21:00 2 saat
18 sentyabr 2024 19:00 - 21:00 2 saat
20 sentyabr 2024 19:00 - 21:00 2 saat
25 sentyabr 2024 19:00 - 21:00 2 saat
27 sentyabr 2024 19:00 - 21:00 2 saat

Müraciət et

Populyar kurslar