0-dan başlayanlar üçün mühasibatlıq+ 1 C (8.3)
online offline

Business Management School" MMC olaraq "0-dan başlayanlar üçün mühasibatlıq+ 1 C (8.3)" təliminin 9-cu sessiyasına qeydiyyatları açıq elan edirik. 

Təlimdə kimlər iştirak edə bilər?
Mühasibatlıq və maliyyə sahəsində çalışan, mühasibatlıq imtahanlarına hazırlaşan, mühasibat uçotu sahəsində nəzəri və praktik biliklərini artırmaq istəyən hər bir şəxs iştirak edə bilər.
Nə üçün bu təlim?
Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.
Təlimdə iştirak sizə nə qazandıracaq?

  • Maliyyə hesabatlarını hazırlayıb təqdim etmək bacarığı 
  • Mühasibat yazılışlarının verilməsi və beynəlxaq standartlara uyğunlaşdırılması üzrə təcrübə  
  • Beynəlxalq mühasibat üçotu ilə vergi uçotu arasında fərqlərin öyrənilməsi 
  • Mühasibat sahəsində praktik misallar üzərindən biliklərin artırılması 
  • Təcrübəli mütəxəssisə yığılıb qalan suallarınızı cavablandırmaq imkanı 
  • 1C mühasibatlıq proqramında ilkin sənədlərdən maliyyə hesabatlarının hazırlanması

I bölmə (6 saat)

  • Mühasibat uçotu anlayışı, ilkin sənədlər, mühasibatlıq hesabları və ikili mühasibat yazılış:
  • Mühasibat uçotu, idarəetmə uçotu və vergi uçotu anlayışları, mahiyyəti və istifadə səbəbləri;
  • Sənədlərin növləri və istifadə qaydaları;
  • Mühasibat hesabları anlayışı və yeni hesablar planı ilə tanışlıq
  • İkili mühasibat yazıları və istifadə qaydaları.

II  bölmə (6 saat)

  • Aktiv anlayışı, uzunmüddətli aktivlər və onların növləri, qeyri-maddi aktivlər:
  • Uzunmüddətli aktivlər və növləri; +
  • Amortizasiya anlayışı, metodları və hesablanma qaydaları;
  • Uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi;
  • Qeyri-maddi aktivlər, tətqiqat və təcrübə-konstruktur xərcləri;
  • Təmir məsrəfləri, mühasibat uçotunda əks etdirilməsi, cari və əsaslı təmir məsrəfləri.

III bölmə (6 saat)

  • Qısamüddətli aktivlər:
  • Qısamüddətli aktiv anlayışı, növləri və uçotu;
  • Mal-materialın uçotu, silinməsi və silinmə metodları (FİFO, LİFO, AVCO)
  • Debitor borcları və ümidsiz borclar;

IV bölmə (6 saat)

  • Kapital, öhdəliklər və mühasibat uçotu ilə əlaqəli normativ hüquqi sənədlərin təhlili:
  • Kapital anlayışı, növləri və fərqli xüsusiyyətləri;
  • Öhdəliklər və onların növləri;
  • Uçotda vergi ilə əlaqədar istifadə olunan bəzi nüanslar
  • Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları;

V bölmə (6 saat)

  • Maliyyə hesabatları anlayışı, məqsədi və hazırlanması:
  • Maliyyə vəziyyəti haqqında hesabat (Balans);
  • Maliyyə nəticəsi haqqında hesabat (Mənfəət və zərər);
  • Kapitaldakı dəyişikliklər haqqında hesabat;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat:

VI bölmə (10 saat)

  • Kassa mədaxil və məxaric əməliyyatları
  • Bank mədaxil və məxaric əməliyyatları
  • Alış əməliyyatı və alınmış malın geri qaytarılması əməliyyatı
  • Satış əməliyyatı və satılmış malın geri qaytarılması əməliyyatı
  • İşçilər və Əmək haqqı üzrə əməliyyatlar
  • ƏDV reqlament və Ayın bağlanması əməliyyatları
  • 1C 8.3-də Hesabatlar
  • Təkmilləşdirmə dərsi 
Emin Məmmədov Grant Aqro / Maliyyə meneceri

2 ay  davam edəcək təlimin 1 aylıq ödənişi 200 AZN olaraq təyin edilmişdir, ümumi ödəniş 400 azn təşkil edir.
Korporativ Endirimlər:
Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
BMS məzunları üçün 10% endirim tətbiq edilir.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (elektron)
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

Mühasibatlıq 9-cu sessiya
Təlimçi Tarix Saat Müddət  

Ramil Cəfərov

28 noyabr(çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
30 noyabr(cümə axşamı) 19:00- 21:00 2 saat
05 dekabr(çərşənbə axşamı) 19:00- 21:00 2 saat
12 dekabr(çərşənbə axşamı) 19:00- 21:00 2 saat
14 dekabr(cümə axşamı) 19:00- 21:00 2 saat  
19 dekabr(çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
21 dekabr(cümə axşamı) 19:00- 21:00 2 saat
26 dekabr(çərşənbə axşamı) 19:00- 21:00 2 saat
28 dekabr(cümə axşamı) 19:00- 21:00 2 saat  
09 yanvar (çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
11 yanvar (cümə axşamı) 19:00- 21:00 2 saat  
16 yanvar (çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
18 yanvar (cümə axşamı) 19:00- 21:00 2 saat  
23 yanvar (çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
25 yanvar (cümə axşamı) 19:00- 21:00 2 saat  
30 yanvar (çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
01 fevral (cümə axşamı) 19:00- 21:00 2 saat  
06 fevral (çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
08 fevral (cümə axşamı) 19:00- 21:00 2 saat  
13 fevral (çərşənbə axşamı) 19:00- 21:00 2 saat  
İmtahan vaxtı- 18 fevral  

 

 

Müraciət et

Populyar kurslar