İşə Qəbul və Seçim Mərhələləri
online offline

"Business Management School" MMC olaraq İnsan Resurslarının İdarə Edilməsi sahəsindəki zəngin və uğurlu təcrübəmiz əsasında "İşə Qəbul və Seçim Mərhələləri" Təliminin 12-ci sessiyasını elan edirik.
Bir yerdə öyrənib, təyin edəcəyik:
1. Öz bilik və bacarıqlarını sata bilən namizədlərə aldanmayıb, necə səriştəli və perspektivli namizədləri seçəcəyimizi;
2. Namizəd yalnız bilik və bacarıqlarına görə qiymətləndirilib işə götürülür. Əslində isə bu belə deyil, diqqətimizdən qaçan vacib digər məqamları necə təyin edəcəyimizi;
3. Əgər yaxşı iş şərtləri ilə istənilən namizədi cəlb etmək olar fikrindəsinizsə, yanılırsız. Namizəd cəlbi zamanı çox vacib detallara fokuslanmağı;
4. Namizəd sayına deyil, keyfiyyətə fokuslanmağı;
5. Müsahibədə şablon sual verməyi deyil, namizədin öz səriştələrini nümayiş etdirə bilməsi üçün nələr edə biləciyimizi.
Təlimdə iştirak üçün müraciət edənlər ilə təlimçimiz online müsahibə keçirəcəkdir, müsahibə əsasında müraciət edənlərin təlimdə iştirakı təsdiqlənəcəkdir.

1. Şirkət daxili insan resurslarının təhlili;
2. Səriştə standartlarının hazırlanması (Səriştə matrisi və xəritələri);
3. Vakansiya və axtarış kanallarından asılı olaraq iş elanlarının hazırlanması;
4. Axtarış kanallarının seçimi (müsbət və mənfi tərəfləri);
5. “Headhunting” prosesinin özəllikləri (namizədlərin psixotiplərindən irəli gələrək headhunting strategiyaları);
6. Daxili və xarici seçim prosesləri (müsbət və mənfi tərəfləri);
7. Sosial strateji işə qəbul (gündəlik,həftəlik, aylıq, illik);
8. İş müsahibəsinə qədər seçim (CV Screening);
9. Müsahibəyə hazırlıq;
10. İşə qəbulun 5 əsas prinsipi;
11. Ənənəvi müsahibə növləri (müsbət və mənfi tərəfləri);
12. Qeyri ənənəvi müsahibə növləri;
13. Müsahibənin strukturu və sualların verilməsi üzrə qruplar;
14. Aysberq qaydası;
15. Yalanların təyin edilməsi üçün effektiv metodlar (Q prinsipi, Kolombo metodu, Proektiv format və digər);
16. Namizədin komfort zonası;
17. Sualların verilməsi zamanı əsas qaydalar;
18. Səriştə əsaslı müsahibə (STAR, PARLA metodları);
19. Kouçinq əsaslı müsahibə “Disney modeli”;
20. DİSC modeli (insan temperamentləri və xarakter);
21. “3 pozitiv və 3 neqativ” metodu;
22. “Employer branding”.

Təlimin ödənişi: 350 AZN
Ödənişə daxildir:
- Təlim materialları (elektron versiya)
- Coffee-break
- İştirak barədə sertifikat

Təlim iştirakçıları üçün 2 kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.
- Təlim ödənişini nağd (iki hissədən ibarət olmaqla) və ya onlayn şəkildə ödəyə bilərsiniz.
Qeyd: Sadəcə bir endirim şərtindən yararlanmaq mümkündür.

Təlim müddəti: 16 saat
Təlimçi Tarix Saat Müddət
Şamo Mürşüdov 1 may 2024, çərşənbə 19:30 - 21:30 2 saat
3 may 2024, cümə 19:30 - 21:30 2 saat
8 may 2024, çərşənbə 19:30 - 21:30 2 saat
10 may 2024, cümə 19:30 - 21:30 2 saat
15 may 2024, çərşənbə 19:30 - 21:30 2 saat
17 may 2024, cümə 19:30 - 21:30 2 saat
22 may 2024, çərşənbə 19:30 - 21:30 2 saat
24 may 2024, cümə 19:30 - 21:30 2 saat

Müraciət et

Popular courses