

Business Mnagement School (BMS) Təchizat Zəncirinin İdarə Edilməsi sahəsi üzrə 9 illik peşəkar təlimlər təşkil etmə təcrübəsi əsasında hazırlamış olduğu "Təchizat və Satınalma mütəxəssisi" təliminin 8-ci sessiyasına qeydiyyatları açıq elan edir.
Təlimdə nələr əldə ediləcək?
Təchizat sisteminin komponentlərinin və çalışma metodlarının öyrənilməsi
Təchizat sistemi komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəminin dərk edilməsi
Satınalmaların optimal təşkili və icra edilməsi
Təchizat Zəncirinin ümumi strukturu və anlayışları haqda məlumatlı olacaqsınız.
Təchizatın fərqli sahələri üzrə zəruri biliklər əldə edəcək, gələcək iş və peşə fəaliyyəti üçün lazım olacaq ilkin bilikləri əldə edəcəksiniz.
Şirkətlərdə Təchizat prosesinin axışını, Satınalma, Logistika və Anbar kimi fərqli sahələrin kommunikasiyası və birgə fəaliyyətlərinin əsasını öyrənəcək, eyni zamanda əldə edilən məlumatlarla iş prosesi zamanı tələb ediləcək əsas anlayışlara hakim olacaqsınız.
Təchizatın müxtəlif sahələri üzrə əsas sənədlər və sorğu üsulları ilə tanış olacaqsınız.
Təlimin Məqsədi
Təchizat Zəncirinin İdarə Edilməsi üzrə müxtəlif sahələrdə yeni fəaliyyətə başlayan əməkdaşlar üçün Təchizatın əsas funksiya və fəaliyyətlərinin öyrədilməsi.
Təlimdə kimlər iştirak edə bilər?
Müxtəlif sahələrdən Təchizat Zəncirinin İdarə Edilməsi sahəsinə keçən əməkdaşlar, yeni başlayanlar, bu sahəyə keçmək istəyənlər və təcrübəsi olmayanlar, eyni zamanda isə tələbələr üçün nəzərdə tutulmuşdur.
İmtahanda iştirak edərək sertifikat əldə edə bilmək üçün təlimin 80%-dən az davamiyyət nəticəsi göstərilməməlidir.
Təlimin sonunda imtahan təşkil edilir və imtahan əsasında sertifikatlar təqdim edilir.
75%-dən yuxarı nəticə toplayan müvəffəqiyyət əldə etmiş sayılacaqdır
MÖVZULAR
Təlimin müddəti 20 saat
Təlimdən əldə ediləcək nəticələr:
✔ Offline təlimin qiyməti 300 AZN.
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi ödənilə bilər.
✔ Ödənişə daxildir:
- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.
Təlimin sonunda ümumi yekun imtahan təşkil edirləcək. İmtahan sualları tədris olunmuş mövzuları əhatə edəcək. İmtahanda 70%- dən yuxarı nəticə toplayanlara müvəffəqiyyət sertifikatı təqdim ediləcəkdir.
Təyin olunmuş tarixdə yekun imtahanda iştirak etmək zəruridir. Əks halda təyin edilmiş tarixdə imtahanda iştirak etməyən iştirakçı növbəti sessiyanın yekun imtahanında iştirak etməli olacaqdır.
Müvəffəqiyyət sertifikatı əldə edən şəxslərin CV-ləri Təchizat, Logistika, Anbar sahələri üzrə Business Management School şirkətindən tələb olunan vakansiyalara təklif ediləcək.
Təlimin yeni sessiyası yanvar tarixində başlayacaq. Təlim həftədə 2 dəfə 3-cü və 6-cı günlər keçirilir:
3-cü gün: 19:15-21:15
6-cı gün: 10:00-14:00
Təchizat və Satınalma Mütəxəssisi - 8 | ||
Təlimçi | Dərs tarixləri | Saatları |
İsmayıl Baxışlı | 8 fevral 2025 | 10:00-14:00 |
12 fevral 2025 | 19:15-21:15 | |
15 fevral 2025 | 10:00-14:00 | |
19 fevral 2025 | 19:15-21:15 | |
22 fevral 2025 | 10:00-14:00 | |
26 fevral 2025 | 19:15-21:15 | |
1 mart 2025 | 10:00-12:00 |