

"Business Management School" MMC Rəhbərlər üçün Maliyyə təliminin növbəti sessiyasına qeydiyyatları açıq elan edir.
Bu proqram sizin üçündür, əgər:
Təlim nə haqqındadır?
Siz maliyyəçi deyilsiniz, lakin maliyyəçi həmkarınızla işləyərkən daim rəqəmlər və tam anlamadığınız anlayışlarla qarşılaşırsınız?
Şöbənin effektivliyini necə düzgün qiymətləndirəcəyinizə əmin deyilsiniz? Və ya maliyyə hesabatlarında deyilənləri rahatlıqla başa düşmürsünüz?
“Rəhbərlər üçün Maliyyə” təlimi Sizə rəhbər vəzifələrdə çalışan biri olaraq maliyyə haqqında sadə və əlçatan bir şəkildə danışmağa kömək edəcək.
Təlim ən zəruri məsələləri əhatə edir: hesabatlar, maliyyə göstəriciləri, büdcə, investisiyalar. Mövzunun daha yaxşı mənimsənilməsi üçün təlimdə keyslər və problemlərin təcrübi həlli üçün alətlərdən istifadə edilir. Rəhbərlər üçün maliyyə təlimi maliyyə idarəetməsi prosesinə kompleks baxışı inkişaf etdirmək məqsədi daşıyır: nə, nə səbəbdən və nə məqsədlə. Təlimdə nəticəsində siz mühasibləri və maliyyəçiləri daha yaxşı anlamağa, onlarla daha anlaşıqlı ünsiyyət qurmağa başlayacaqsınız.
Təlim nəticəsində Siz:
1. Müəssisənin maliyyə fəaliyyətinin əsasları
2. Maliyyə Hesabatlarının Sirləri
3. Maliyyə təhlili və rəhbərlər üçün əsas göstəricilər (qərarların effektivliyinin təhlili)
4. Xərclərin idarə edilməsinin əsasları
5. Büdcənin əsasları
6. İnvestisiya qərarlarının qiymətləndirilməsinin əsasları (performans təhlili)
14 saat müddətində olan təlimin ödənişi 400 AZN olaraq təyin edilmişdir.
- Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Endirimlər:
- Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduqda 5%, 3 ve daha artıq iştirakçı qoşulduğu təqdirdə 10% endirim tətbiq edilir;
- BMS məzunları üçün 10% endirim tətbiq edilir.
Ödənişə daxildir:
- Çay fasiləsi
- Praktiki çalışmalar
- Təlim materialları ( Elektron )
- Sertifikat
Təlim həftənin 3-cü günləri saat 19:00 - 21:00 aralığında, şənbə günləri saat 15:00 - 17:00 aralığında olmaqla həftədə 2 dəfə keçiriləcəkdir.