HR-lar üçün Excel
online offline

"Business Management School" MMC "HR-lar üçün Excel" təlimininin 22-ci sessiya (online) qeydiyyatına start verir!

 

1.Excelin əsasları. Böyük miqdarda məlumatların mənasını anlamaq üçün Excelin imkanları. Ekran, naviqasiya, işçi kitabı, excel vərəqlərini, sətirləri, sütunları, xanaları anlamaq.
2.Elektron tablolarla rahat işləmək üçün Exceli öz seçimləriniz əsasında konfiqurasiya etmək, standart seçimlərini dəyişdirmək. Xüsusi "AutoFill" siyahısı, rəqəm formatları yaratmaq
3.Formula yaradılması və redaktə edilməsi. İR mütəxəssislərinin ən çox istifadə etdiyi axtarış funksiyalarının köməkliyi ilə fərqli məlumat bazalarında yer alan işçi məlumatlarının əldə edilməsi və s.
4.Formatlamadan istifadə etməklə məlumatların görünməsini dəyişmək imkanları. Xanalara eyni vaxtda bir neçə format tətbiq etmə və formatlamanın digər xüsusiyyətləri.
5.Şablonlar yaratmaq və ya excelin təqdim etdiyi bir çox şablonlardan istifadə etməklə gündəlik işlərdə tez tez istifadə edilən İR formalarının hazırlanmasını sürətləndirmək. Elektron tabloların vacib elementləri olan məntiqi funksiyalardan istifadə.
6.Çap əməliyyatları və onların lazımı şəkildə tənzimlənməsi.
7.Tarix və zaman funksiyalarından istifadə etməklə müəyyən tarixlər arasında gün, ay, il (işçinin yaşı, xidmət müddəti, sınaq müddətinin sonu) və s. periodları hesablamaq. Şərtli formatlama ilə əhəmiyyətli məlumatları fərqləndirmək.
8.İR mütəxəssislərinin ən çox istifadə etdiyi məlumatları istəyə uyğun sıralama və filterləmə əməliyyatları. Bəzi hallarda hər hansı məbləğlərin hesablanması zamanı, ehtiyac duyulan yuvarlaqlaşdırma funksiyaları.
9.Şablonlar yaradarkən xanalara müəyyən məhdudiyyətlər tətbiq etməklə yanlış daxiletmələri önləmək. Excel faylının qorunması, şifrələnməsi. Xətaların idarəedilməsi funksiyaları.
10.Pivot Table vasitəsilə periodik İR hesabatlarının hazırlanması. Mürəkkəb cədvəllər yaratmaq, məlumatları qısa zamanda və professional şəkildə analiz etmək.
11.Biznesin göstəricilərinin qrafik təqdimatı. Məlumatların düzgün ifadə edilməsi üçün ən uyğun qrafiklərin seçilməsi.
12.Excel dashboard - HR verilənlər bazasını dinamik Excel panellərinə çevirmək. Slicers istifadə etməklə məlumatları qısa zamanda nəzərdən keçirmək
13.Sınaq müddəti, müqavilə müddəti və digər deadlinelərin izlənməsi.
14.İstehsalat təqviminin qurulması.

Elmi Qurbanlı Leading Human Resources Specialist Kapital Bank

Təlimin ödənişi: online təlimin ödənişi 150 azn olaraq təyin edilmişdir.
Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduğu təqdirdə 5%, 3 və daha artıq iştirakçı qoşulduqda isə 10% endirim tətbiq olunur.
Ödənişə daxildir:
- Praktiki çalışmalar və ev tapşırıqları
- Sertifikat 
"Business Management School" təlimlərinin məzunları üçün 10 % endirim tətbiq ediləcəkdir.

Təlim müddəti: 16 saat (Online)
Təlimçi Tarix Saat Müddət
Elmi Qurbanlı 2 iyun 2024, bazar 15:00-17:00 2 saat
5 iyun 2024, çərşənbə 20:00-22:00 2 saat
9 iyun 2024, bazar 15:00-17:00 2 saat
12 iyun 2024, çərşənbə 20:00-22:00 2 saat
23 iyun 2024, bazar 15:00-17:00 2 saat
30 iyun 2024, bazar 15:00-17:00 2 saat
3 iyul 2024, çərşənbə 20:00-22:00 2 saat
7 iyul 2024, bazar 15:00-17:00 2 saat

Müraciət et

Popular courses