Vergi Yoxlamaları və Vergi Riskləri
online offline

"Business Management İnstitute" MMC olaraq şirkət rəhblərləri, maliyyəçilər və mühasiblər üçün hazırladığımız "Vergi yoxlamaları və vergi riskləri" təliminə qeydiyyatlarımız davam edir. 

Təlimdə iştirak sizə nə qazandıracaq? 

Başlıca vergi riskləri barədə məlumatlar

Maliyyə sanksiyası ilə nəticələnən uçot səhvləri haqqında ümumi biliklər

Ayrı-ayrı vergi növləri üzrə hesablamalarda yol verilən səhvlər barədə məlumatlar

Vergi nəzarəti tədbirləri və yoxlamaları zamanı vergi ödəyicilərində aşkar edilən tipik və spesifik kənarlaşmalar barədə məlumatlar

Kameral vergi yoxlaması zamanı diqqət edilməli məqamlar barədə biliklər

Səyyar vergi yoxlaması barədə məlumatlar

Operativ vergi nəzarəti ilə əhatə edilən məsələlər haqqında məlumatlılıq

Fəaliyyət sahələri üzrə səciyyəvi vergi riskləri barədə məlumatlar.

1. Vergi nəzarəti və onun formaları

1.1 Vergi ödəyicilərinin uçotu

1.2 Kameral vergi yoxlaması

1.2.1 Vergi bəyannamələri üzrə başlıca uyğunsuzluqlar

1.3 Səyyar vergi yoxlaması

1.3.1 Səyyar vergi yoxlaması prosesi

1.3.2 Səyyar vergi yoxlamasının nəticəsinin rəsmiləşdirilməsi

1.4 Operativ vergi nəzarəti

1.4.1 Xronometraj metodu ilə müşahidə

 

2. Vergi növləri üzrə vergi nəzarətinin spesifik xüsusiyyətləri və başlıca vergi riskləri

2.1 Mənfəət (gəlir) vergisi üzrə başlıca vergi riskləri

2.1.1 Ödəmə mənbəyində tutulan vergilər üzrə  başlıca vergi riskləri

2.2 Əlavə dəyər vergisi üzrə başlıca vergi riskləri

2.3 Sadələşdirilmiş vergi üzrə başlıca vergi riskləri

2.4 Digər vergi növləri üzrə başlıca vergi riskləri

 

3. İqtisadi fəaliyyət növləri üzrə vergi nəzarətinin spesifik xüsusiyyətləri və başlıca vergi riskləri

3.1 Ticarət fəaliyyəti üzrə başlıca vergi riskləri

3.1.1 Topdan ticarət üzrə başlıca vergi riskləri

3.1.1.1 Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası

3.1.2 Pərakəndə ticarət üzrə başlıca vergi riskləri

3.1.2.1 Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası

3.2 İstehsal fəaliyyəti üzrə başlıca vergi riskləri

3.2.1 Kənd təsərrüfatı üzrə başlıca vergi riskləri

3.2.2 İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası

3.3 Tikinti fəaliyyəti üzrə başlıca vergi riskləri

3.4 İctimai iaşə fəaliyyəti üzrə başlıca vergi riskləri

3.4.1 İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası

3.5 Xidmət sahələri üzrə başlıca vergi riskləri

3.6 Digər fəaliyyət növləri üzrə başlıca vergi riskləri

 

4. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

4.1 Vergi Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri. Maliyyə sanksiyaları.

4.2 Digər qanunvericilik aktlarında nəzərdə tutulmuş məsuliyyət tədbirləri

 

5. Vergi nəzarəti və vergi riskləri ilə əlaqəli vacib məqamlar

5.1 Bazar qiyməti. Transfer qiymətləri

5.2 Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları

5.3 Vergi orqanları tərəfindən vergilərin hesablanması

5.3.1 Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları

5.4 Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları

5.5 “Nağdsız hesablaşmalar haqqında” Qanun

5.6 Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası

Teymur İslamlı Good Finance MMC / vergilər üzrə menecer

Təlim ödənişi: 12 saatlıq təlimin ödənişi 300 manat olaraq təyin edilmişdir.
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.

Korporativ Endirimlər: Təlimə eyni şirkətdən 2 əməkdaş qoşulduqda 5%, 3 ve daha artıq əməkdaş qoşulduğu təqdirdə isə 10% endirim tətbiq olunur.

BMİ məzunlarına 10% endirim tətbiq ediləcək.

Ödənişə daxildir:
-Təlim materialları(elektron versiya)
-Sertifikat
-Nəticə imtahanı
-Kofe-break

 

Təlim müddəti: 12 saat
Təlimçi Tarix Saat Müddət
  8 aprel (Şənbə günü) 10:00-14:00 4 saat
Teymur İslamlı 15 aprel (Şənbə günü) 10:00-14:00 4 saat
  29 aprel (Şənbə günü) 10:00-14:00 4 saat

Müraciət et

Populyar kurslar