Dövlət satınalmaları haqqında təlim
online offline

Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni  "Dövlət satınalmaları haqqında təlim" proqramının 39-cu sessiyasını elan edir. 
 

Bu təlimdə kimlər iştirak edə bilər?

  • Dövlət satınalmalarını həyata keçirən qurumların nümayəndələri
  • Dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri
  • Satınalmalar sahəsində çalışan mütəxəssislər

Bu təlimdən nələr əldə ediləcək?

- Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı.
- Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi.
- Elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə dolğun məlumatlar.
- Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
- Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması
- Müqavilələrin idarə olunması.
- Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.

Təlimdə tədris ediləcək mövzular:

  • Dövlət satınalmaları anlayışı və normativ hüquqi baza
  • Dövlət satınalmalarının planlaşdırılması
  • Dövlət satınalmaların təşkili
  • Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
  • Elektron satınalma
  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı
  • İxtisas uyğunluğuna dair tələblərin müəyyənləşdirilməsi
  • Malların satınalınması
  • İşlərin satınalınması
  • Xidmətlərin satınalınması
  • Tələb edilən zəmanətlər
  • Tender təkliflərinin qiymətləndirilməsi
  • Şikayətlərin verilməsi və mübahisələr
  • İmtahan
Rüstəm Kərimov Əsaslı Tikinti və Təchizat MMC-də Stınalmaların təşkili və idarə olunması şöbəsində Şöbə rəisi

✍ Təlim ödənişlidir

Təlim ödənişi : 400 AZN

- Korporativ Endirimlər:

 Eyni şirkətdən 2 iştirakçı – Hər iştirakçıya 5% Endirim!
 3 ve daha artıq iştirakçı –  Hər iştirakçıya 10%  Endirim!
 Business Management Schoolun məzunlarına offline üçün 10% Endirim! 
✔ Tələbələrə (tələbə biləti əsasında) - 10% endirim!

Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.


  Ödənişə daxildir:

- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Təlimimiz may ayının ikinci həftəsindən etibarən başladılacaqdır.

2 və 4 cü günlər tədris edilir. 

2-ci gün - 19:15-21:15

4-cü gün - 19:15-21:15

Müraciət et

Populyar kurslar