• BMS
    DAHA EFFEKTLİ İDARƏETMƏ ÜÇÜN HƏLLƏR!
    Biznesinizdə yaranmış problemlərin effektli həllini praktiki təlimlərimizlə öyrənin!
  • BMS
    BİZDƏ ÖYRƏNİN, İŞDƏ TƏTBİQ EDİN!
    20 yaşında və ya 80 yaşında, fərqi yoxdur, siz əgər öyrənməyi dayandırmısızsa artıq qocalmısınız. Kim ki öyrənməyə daim davam edir, onlar daim cavan qalır. Henri Ford
  • BMS
    NƏZƏRİYYƏNİN PRAKTİKA İLƏ BİRLƏŞDİYİ MƏKAN!
    Təlim proqramlarında tədris metodu olaraq praktika əsaslı və qrup çalışmaları ilə öyrətməyi əsas götürürük.

0

TƏLİMÇİLƏR

0

XİDMƏTLƏR

0

TƏLİMLƏR

0

Məzunlarımız

Haqqımızda

“Business Management School” MMC öz fəailiyyətinə 2015-ci ildən başlamışdır.Azərbaycanda biznes mühitinin sürətli şəkildə inkişafı müxtəlif biznes sahələrində bacarıqlı kadrlara ehtiyac yaratmışdır. Xüsusən də, qlobal şirkətlərlə əməkdaşlıq və qloballaşma nəticəsində baş verən iqtisadi proseslərin bir başa Azərbaycan iqtisadiyyatına təsiri bu yöndəki təlimlərin təşkilini zəruriləşdirmişdir.


Ətraflı

Təlimlərdən qeydiyyatdan keçin, zəngimizi gözləyin

Nə Üçün Bİz?

Praktiki təlim

Təlim proqramlarında tədris metodu olaraq praktika əsaslı və qrup çalışmaları ilə öyrətməyi əsas götürürük. Təlim iştitakçılarımızla təlim mövzularına dair ekskursiyalar təşkil edir, öyrəndiklərinin praktikada tətbiqini müşahidə etmə imkanın yaradırıq.

Peşəkar təlimçi heyəti

Təlimçi seçimində ətraflı araşdırma edir, uzun müddətli təcrübəsi, nəzəri bilikləri ilə yanaşı tədris etmə bacarığı yüksək olan peşəkarlara üstünlük veririk.

Geniş məzun şəbəkəsi

Məzunlarımızla təlimlər bitdikdən sonra əlaqələri kəsmir, daim təlimçilərimiz tərəfindən peşəkar dəstəyi davam etdiririk. Eyni zamanda məzunlarımızla tədbirlər, gəzintilər təşkil edir, aralarında işgüzar və dostluq münasibətlərinin qurulub möhkəmlənməsinə şərait yaradırıq.

Tezliklə başlayacaq təlimlər

Bütün Təlimlər
PR Təlimi

PR Təlimi

  • 20 Dekabr 2017

Afət Yaqubova Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində həm bakalavr, həm magistratura təhsilini 1999-cu ilə tamamlayaraq  Dünya bankının Dövlət Əmlak Komitəsi ilə birgə icra etdiyi "Dövlət Əmlakının Özəlləşdirilməsi"  layihəsində PR mütəxəssis olaraq peşəkar iş həyatına başlamışdır. Layihə bitdikdən sonra Lider Tv-də Xəbər Departameninin müxbiri olaraq 4 il jurnalist kimi fəaliyyət göstərən Afət Yaqubova yeniden PR sahəsinə qayıdaraq McCann Ericson, MPG, Azercell kimi şirkətlərdə çalışmışdır. 2008-2011-ci illərdə “Sinteks” şirkətində PR Menecer vəzifəsini tutan Afət xanım, 2011-ci ildə “Laboratoriya PR Agency” şirkətini təsis etmişdir və şirkət faəliyyətini hələ də uğurla davam etdirməkdədir. Afət Yaqubova eyni zamanda 2 ilə yaxındır ki, Dünya bankının Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirtdiyi layihələrin PR konultant olaraq  çalışmaqdadır.    

Ətraflı ›
Mühasibatlıq Təlimi

Mühasibatlıq Təlimi

  • 16 sentyabr 2017

Təlimçi: Rəsul Əliyev  İş Təcrübəsi: ✔ “Sərvan Təmir-Tikint”  MMC  / Bakı, Azərbaycan             05.01.2010-13.05.2012 Vəzifə   -    mühasib ✔ “Spark”  MMC    /   Bakı, Azərbaycan                              13.05.2012-hal-hazıradək Vəzifə   -   maliyə mütəxəssisi      ✔ “İnternational Consulting Group” MMC          Bakı, Azərbaycan 01.01.2015-hal-hazıradək Vəzifə- Auditor ✔ “İnternational Consulting Group” MMC-də auditor olaraq aşağıdakı funksiyaları yerinə yetirirəm: mühasibatlıq və vergi məsləhətlərinin verilməsi mühasibatlıq yoxlamalarının aparılması müəssisə üçün müvafiq mühasibatlıq proqramının seçilməsi, qurulması vəsistemin işlək hala salınması   maliyyə və vergi hesabatlarının hazırlanması  dövlət orqanlarında müəssisəni təmsil edilməsi və  orqanlarda yaranmış problemlərin həll olunması müəssisənin auditinin edilməsi   ✔ "İnternational Consulting Group" MMC-də aşağıdakı müəssisələrdə qeyd olunan xidmətləri göstərirəm. - Xəzər-1 Firması (Green City)-2013-cü, 2014-cü,2015-cii və 2016-cı illər üçün   maliyyə hesabatlarının hazırlanması və auditin edilməsi. - Elad MMC- aylıq mühasibatlıq hesablarının yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması, auditin edilməsi. - ARTİ İnşaat Dizayn MMC- aylıq mühasibatlıq və audit xidmətlərnin göstərilməsi, mühasibatlıq proqramının quraşdırılması və əməliyyatların düzgün işlənilməsinə nəzarət - Türkaz Çınqıl MMC- aylıq maliyyə, mühasibatlıq məsləhətlərinin verlməsi, hesabların yoxlanılması, maliyyə və vergi hesabatlarının hazırlanması  

Ətraflı ›
Sığortanın əsasları - risk və anderraytinq

Sığortanın əsasları - risk və anderraytinq

  • 02 Dekabr 2017

✔ Təlimçi :  Uğur İbrahimli Təhsili:   The Chartered Insurance Institute  -         "Advanced Diploma in Insurance"        2014-2016 (ACII) Cass Business School (Böyük Britaniya) - "Sığorta və Risklərin idarə edilməsi"     2014-2015 (Magistr) Azərbaycan Dövlət İqtisad Universiteti -  "Beynəlxalq İqtisadi Münasibətlər"       2002-2006 (Bakalavr)   İş Təcrübəsi:   Meqa Sığorta ASC  - İdarə Heyətinin sədr müavini - 2015-ci ildən etibarən Atəşgah Sığorta ASC - Anderraytinq və təkrarsığorta şöbəsinin müdiri -  2008-2014 Kavkaz Sığorta ASC -  Təkrarsığorta üzrə menecer - 2006-2008   İmtahan və sertifikatlar: IF1 Insurance legal and regulatory IF2 General insurance business IF3 Insurance underwriting process P05 Insurance law P67 Fundamental of risk management P92 Insurance business and finance P98 Marine hull and associated liabilities 820 Advanced claims 990 Insurance corporate management  590 Principles of Takaful Üzvü olduğu təşkilatlar: The Institute of Risk Management ( http://www.theirm.org/ ) IRM Membership    The Chartered Insurance Institute ( http://www.cii.co.uk/ )  CII Membership, Faculty of Underwriting Uğur İbrahimlinin sığorta haqqında yazdığı məqalələrlə aşağıdakı linkdən tanış ola bilərsiniz. Məqalələr  

Ətraflı ›
İstehsalat Sistemlərində Planlama və Qrafikləndirmə Təlimi

İstehsalat Sistemlərində Planlama və Qrafikləndirmə Təlimi

  • 10 dekabr 2017

Təlimçi Seymur İlyasov!   ✔ Ali təhsilini 2002-2007-ci illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə alan Seymur İlyasov 2008-2010-cu illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə magistratura təhsilini universitet birincisi olaraq tamamlamışdır. Professional iş həyatına 2008 ci ildə Qafqaz Universitetində Laborant (Research Assistant) vəzifəsi ilə başlamış və 2010-cu ilə qədər bu vəzifədə davam etmişdir. Davamlı olaraq yerli və beynəlxaq təlimlərdə iştirak edən planlama mühəndisi 2015-ci ildə Amerikanın (American Academy of Project Management) akademiyası tərəfindən Certified Planning Engineer dərəcəsinə layiq görülmüş və həmin akamediya tərəfindən akreditasiya edilən 13 mühəndisdən biri olaraq bildirilmişdir. Eyni zamanda Seymur İlyasov yenə “American Academy of Project Management” tərəfindən “Honorary Global Advisor”  tituluna da layiq görülmüşdür. ✔ Avropa və Asiyanın bir sıra ölkələrinin,  xüsusən də Yaponiyanın istehsalat və planlama metodlarına dərindən bələd olan beynəlxalq dərəcəli mühəndis, 2015 ci ildə aihitdata.com saytıının təqdim etdiyi məlumatda dünyada fəaliyyət göstərən 188 “Certified Ecommerce Consultant”dan biri olaraq göstərilmişdir. İŞ TƏCRÜBƏSİ ✔ İstehsalat və Xidmət sahələrinin Planlanması üzrə professionallaşan mühəndis iş həyatına 2013 cü ilin yanvar ayında  “Azertexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodu”nda Planlama müdiri vəzifəsində işləməyə başlamış və 3 il  4 ay fəaliyyətini həmin müəssisədə davam etdirmişdir. ✔ Mado Azərbaycan -İstehsalat və xidmət planlama rəhbəri  - 3 ay, ✔ Delta Group Şirkətində hazırda 1 ildir ki, Planlama Rəhbəri vəzifəsində çalışır. Qafqaz Universitetinin Mühəndislik Fakultəsində magsitratura pilləsində 2 il müddətində  “İstehsalat və Xidmət Sahələrində Planlama və Qrafikləndirmə” dərsini tədris edib. ✔ "SƏNAYENİLƏNMƏ" kitabının müəllifidir. ✔ Seymur İlyasovun özü haqqında və peşəsi ilə yazdığı bir neçə blog postları ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.    Özü haqqında:   https://www.linkedin.com/in/seymurilyasovcpe   Blogları haqqında:  https://www.linkedin.com/today/author/312100041?trk=prof-sm

Ətraflı ›
Təchizat Zəncirinin İdarə Edilməsi Təlimi (full program)

Təchizat Zəncirinin İdarə Edilməsi Təlimi (full program)

  • 21 Noyabr 2017

✔ Təlimçilər : ( Təlimçilər haqqında məlumatı,aşağıda qeyd olunan adlarının üzərinə sıxaraq növbəti açılan pəncərədə əldə edə bilərsiz.) ✔ Yalçın Əmirbəyov ✔ Nicat Şabanlı ✔ Bahaəddin Mirzə ✔Anar Adilzadə ✔Seymur İlyasov  

Ətraflı ›
İnsan Resurslarının İdarə Edilməsi Təlimi

İnsan Resurslarının İdarə Edilməsi Təlimi

  • 03 dekabr 2017

Müşfiq Əmircanov (Assoc. CİPD) Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. “DəmirBank” ASC-də ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi” , “Kadrlar və Əmək haqqı” , “İşə qəbul və seçmə” şöbələrinin rəhbəri vəzifələrində işləyərkən kadr inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur SAP HRM proqram təminatının tətbiq edilməsində böyük rolu olmuşdur. Bu zaman Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Hal-hazırda “AzerGold” QSC-də Kadrlarla iş şöbəsinin rəhbəri vəzifəsində işləyir. Müşfiq Əmircanov İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir. Müşfiq Əmircanov 2008-ci ildə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə tam ali təhsili bitirmişdir.   Coşqun İmanquliyev (CHRM™) Coşqun İmanquluyev 2007-ci ildə Qafqaz Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-cü ildən etibarən Universitetin Daimi İnkişaf Mərkəzində başlamışdır. 10 ilə yaxındır pərakəndə, tikinti, tikinti və gündəlik istehlak məhsullarının istehsalı və satışı sahələrində İnsan Resurslarının idarə olunması üzrə çalışmışdır. Bir neçə özəl şirkətdə dəyişikliyin idarəolunması,  İnsan Resurslarının İdarə olunması sahəsində konsultasiya xidmətləri aparmış, İdarəetmə auditləri həyata keçirmişdir. O, öz təcrübəsini keçirdiyi təlimlərdə, təqdimatlarda, form və sammitlərdə paylaşmışdır. Coşqun İmanquluyev hal-hazırda ölkənin ən böyük şirkətlərindən biri olan Gilan Holding FMCG Portfelinin İnsan Resursları Şöbəsinin Rəhbəri vəzifəsində çalışır. ICALS və CHRM qualifikasiyaları var, Beynəlxalq İdarəetmə və Maliyyə akademiyasının (IABFM) üzvüdür.   Şamo Mürşüdov (İCM, AİRP, GCHRM, Assoc CİPD) Professional iş həyatına 2001-ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Dəfələrlə ölkəmizdə fəaliyyət göstərən bir neçə şirkətlərin, insan resurslarının siyasətinin yenilənməsi və inkişafı üzrə prosedurların yenilənməsi və avtomatlaşdırılması üçün konsultant qismində iştirak etmişdir. Bir neçə universitetlərdə tələbələrə karyera seçimi və inkişafı mövzusunda mühazirəçi qismində çıxış etmişdir.  Hal hazırda iş fəaliyyətini ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-də layihələr üzrə HR koordinator olaraq davam etdirir. Eyni zamanda işçi məmnunluğu, stimulaşdırma və saxlanılması,motivasiya sistemlərinin yaradılması-tətbiqi, tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir  2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb idarə edilməsində iştirak edərək, voronka sistemini tətbiq etmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə) Şamo Mürşüdov həmçinin bir çox beynəlxalq təlim və forumlarda iştirak etmişdir. Ən son olaraq 2016-cı ilin iyul ayında Rusiyada (Soçi) MDB ölkələrinin insan resurslarında çalışan mütəxəssislərin iştirakı ilə keçirilən forumda etmişdir. Təhsili: ·  Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının idarə edilməsi ·  Capella University (ABŞ) – HR menecment (Grade-F5 / Beynəlxalq dərəcə) ·  İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə) ·  Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP-İngiltərə)   İlkin Zeynallı (CIMA Ad Dip MA) İlkin Zeynallı 2005-ci ildə iqtisadiyyat və idarəetmə sahəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr dərəcəsini (fərqlənmə diplomu ilə), 2007-ci ildə Georgia State University (USA, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə magistr dərəcəsini (MBA, fərqlənmə diplomu ilə), 2008-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunda doktorantura təsilini, 2011-ci ildə isə idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA, distinctive pass) almışdır. İlkin Zeynallının peşəkar karyerası təlim, inkişaf, təhsil, menecment, inzibati idarəetmə, insan resurslarının idarə edilməsi sahələrini əhatə edir. O, menecment, liderlik, insan resurslarının idarə edilməsi, əmək fəaliyyətinin idarə edilməsi, strateji planlaşdırma, layihələrin edarə edilməsi sahələri üzrə Azərbaycanda aparıcı təlim ekspertlərindən biridir. İlkin Zeynallı 4 ilə yaxın bir müddətdə neft-qaz sektorunda müxtəlif layihələrdə insan resurslarının idarə edilməsi sahəsində, 10 ilə yaxın bir müddətdə isə bank sektorunda inzibati idarəetmə və insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışmışdır. O, hal-hazırda ölkənin aparıcı banklarından biri olan “DəmirBank” ASC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışır. İlkin Zeynallı The Manager's Development Program (Leadership & Management Academy, UK), Introduction to Management Workshop (The Chartered Management Institute’s Short Course Program in association with ProSeminar, UK), Leadership and Communication (Meirc Training and Consulting Company, Dubai), Boulder Management Training Program – Financial Management Concentration (3-week full course, Turin – Italy), Environmental and Social Aspects of Business, European Bank for Reconstruction & Development (Baku – Azerbaijan), Security Risk Management Training (World Vision Corporate Security, Bad Kissingen, Germany), HAY Certification Training (HayGroup, Phuket, Thailand) peşəkar təlimlərini almışdır.

Ətraflı ›
Əmək Məcəlləsi və Kadr Kargüzarlığının Parktiki Təlimi

Əmək Məcəlləsi və Kadr Kargüzarlığının Parktiki Təlimi

  • 26 Noyabr 2017

Təlimçi: Müşfiq Əmircanov Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. “DəmirBank” ASC-də ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi” , “Kadrlar və Əmək haqqı” , “İşə qəbul və seçmə” şöbələrinin rəhbəri vəzifələrində işləyərkən kadr inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur SAP HRM proqram təminatının tətbiq edilməsində böyük rolu olmuşdur. Bu zaman Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Hal-hazırda “AzerGold” QSC-də Kadrlarla iş şöbəsinin rəhbəri vəzifəsində işləyir. Müşfiq Əmircanov İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir. Müşfiq Əmircanov 2008-ci ildə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə tam ali təhsili bitirmişdir.

Ətraflı ›

Müştərİlər bİzİm haqqımızda

Xəbərlər

Bütün Xəbərlər