HR Assistent Təlimi
online offline

Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq öyrənib bu işləri bir başa icra etmə bacarığına yiyələnəcəksiniz.

I Modul: İnsan Resurslarının İdarə Edilməsi    
Təlimçi: Yeganə Nəsibova

I dərs: İnsan resurslarının idarə edilməsi
1 İRİE nədir, məqsədi və hədəfləri
2 Müasir dövrdə İRİE-nin rolu və təkamülü
3 İRİE-nin modulları və onlar arasında qarşılıqlı əlaqə
4 İRİE-nin hüquqi əsasları (nizamanmə, əsasnamə, daxili davranış prosedurlarının hazırlanması)
5 İRİE üzrə mütəxəssisin səriştəlikləri
II dərs: İşə qəbul və adaptasiya
1 İR planlamanın zərurəti
2 İşəqəbul sisteminin strukturu
3 Vakansiyanın idarəolunması ( elanın hazırlanması, namizəd axtarış kanalları, CV screening
4 Müsahibələrin keçirilməsi (hazırlıq, texnikaları, namizədin qiymətləndirilməsi, davranış qaydaları, mərhələləri )
5 İşçi adaptasiyasının düzgün tənzimlənməsi
III dərs: Xidməti fəaliyyətin idarə olunması və karyera inkişafı
1 XFİ anlayışı, ənənəvi və modern qiymətləndirmə metodları,  və sistemin qurulmasında məqsəd
2 XFİ metdoları ( 360 dərəcə, MBO, BARS, qiymətləndirmə mərkəzi metodu)
3 XFİ nəticələrinin idarəolunması
4 Fərdi inkişaf planı
5 Strateji vəzifələr üzrə əvəzedicilərin yetişdirilməsi
IV dərs: Təlim və inkişaf
1 Təlim və inkişaf modulunun əhəmiyyəti
2 Təlim ehtiyaclarının müəyyən edilməsi
3 Təlim planının hazırlanması, həyata keçirilməsi və nəzarət
4 Effektivliyin ölçülməsi
V dərs: İşçi bağlılığının yaradılması, mükafatlandırma və motivasiya
1 İşçi bağlılığının mahiyyəti və təkan verən amillər
2 İRİE mütəxəssislərinin işçi bağlılığında rolu
3 İşçi bağlılığını artıran fəaliyyətlər
4 Maddi və qeyri-maddi motivasiya
5 Motivasiya nəzəriyyələri

                                                                                        HR LAB (4 saat)                                                                                        

Mentor: Ayşən Allahverənova

1 Tədris edilən mövzuların praktiki misal və məsələlər ilə möhkəmləndirilməsi

II Modul: Əmək Qanunvericiliyi və Sənədləşmə 

Təlimçi: Aysel Şıxəliyeva

 I dərs
1 Azərbaycan Respublikasının əmək qanunvericiliyi haqqında məlumat
2 Əmək münasibətlərinin tərəfləri
3 Əmək müqaviləsinin məzmunu, quruluşu və əsas şərtləri
4 Sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar
5 Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi (Elektron hökumət portalında iş)
6 Əmək kitabçası və onun doldurulma qaydaları
7 İşçinin “şəxsi işi”nin tərtibi
8 Əmək müqaviləsinə dəyişikliklərin edilməsi, başqa işə keçirmə
9 Əmək şəraitinin şərtləri və onların dəyişdirilməsi
10 Əvəzçilik üzrə əmək müqaviləsi
11 Başqa işçinin əmək funksiyasının icrası
II dərs
1 ƏMAS-da praktiki məşğələ
2 İş və istirahət vaxtı anlayışı
3 İş vaxtının normaları (tam, qısaldılmış, natamam)
4 İş vaxtının cəmlənmiş uçotu
5 Gecə vaxtı işin müddəti
6 İş vaxtından artıq iş
7 İstirahət və iş günü hesab edilməyən günlərdə işə cəlb olunma
8 Məzuniyyətin növləri və onların rəsmiləşdirilməsi
9 Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası
 III dərs
1 Əmək müqaviləsinə xitam verilməsinin əsasları və xitamın sənədləşdirilməsi
2 İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası
3 İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
4 Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
5 Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
6 Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
7 Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
8 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları

                                                    HR LAB (4 saat)                                                   

Mentor: Ayşən Allahverənova

1

Tədris edilən mövzuların praktiki misal və məsələlər ilə möhkəmləndirilməsi
Aysel Şıxəliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi / İR məsləhətçi
Ayşən Cabay Business Management School / İnsan Resursları üzrə menecer
Gülnarə Cəfərli Dövlət Sosial Müdafiə Fondunda Təlim və inkişaf üzrə baş mütəxəssis

Təlim ödənişi: 32 saatlıq offline təlimin  ödənişi 370 AZN olaraq təyin edilmişdir.

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (elektron)
- Nəticə imtahan və iştirak barədə sertifikat
- Çay - kofe fasiləsi

Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduğu təqdirdə 5%, 3 və daha artıq iştirakçı qoşulduqda isə 10% endirim tətbiq olunur.

Sertifikat: Sonda 2 sertifikat verilir.
1. Təlimin ümumi müddətinin 80%-də iştirak edən hər kəs iştirakçı sertifikatı ilə təltif olunacaqdır.
2. Təlimin hər iki modulunun sonunda imtahan təşkil ediləcək.Yekun nəticəsi 70%+ nəticə göstərən şəxslər müvəffəqiyyət sertifikatı əldə edəcəklər.

"HR Assistent" təlimi korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır. 

 

HR Assistent 60-cı sessiya
Təlimçi Tarix Saat Müddət Modul

Gülnarə Cəfərli

03 dekabr (Bazar günü) 10:00 - 14:00 4 saat

İnsan Resurslarının İdarə Edilməsi

10 dekabr (Bazar günü) 10:00 - 14:00 4 saat
17 dekabr(Bazar günü) 10:00 - 14:00 4 saat
17 dekabr(Bazar günü)    
Ayşən Cabaylı 24 dekabr(Bazar günü) 10:00 - 14:00 4 saat HR Lab

Aysel Şıxəliyeva

07 yanvar(Bazar günü) 10:00 - 14:00 4 saat

Əmək Qanunvericiliyi və Sənədləşmə

14 yanvar(Bazar günü) 10:00 - 14:00 4 saat
21 yanvar(Bazar günü) 10:00 - 14:00 4 saat
Ayşən Cabaylı 28 yanvar(Bazar günü) 10:00 - 14:00 4 saat HR Lab
Imtahan vaxtı - 04 fevral

Müraciət et

Populyar kurslar