Təchizat və Satınalma Mütəxəssisi Təlimi
online offline

Business Mnagement School (BMS) Təchizat Zəncirinin İdarə Edilməsi sahəsi üzrə 9 illik peşəkar təlimlər təşkil etmə təcrübəsi əsasında hazırlamış olduğu "Təchizat və Satınalma mütəxəssisi" təliminin 2-ci sessiyasına qeydiyyatları açıq elan edir.

 

Təlimdə nələr əldə ediləcək?

Təchizat sisteminin komponentlərinin və çalışma metodlarının öyrənilməsi

Təchizat sistemi komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəminin dərk edilməsi

Satınalmaların optimal təşkili və icra edilməsi

Təchizat Zəncirinin ümumi strukturu və anlayışları haqda məlumatlı olacaqsınız.

Təchizatın fərqli sahələri üzrə zəruri biliklər əldə edəcək, gələcək iş və peşə fəaliyyəti üçün lazım olacaq ilkin bilikləri əldə edəcəksiniz.

Şirkətlərdə Təchizat prosesinin axışını, Satınalma, Logistika və Anbar kimi fərqli sahələrin kommunikasiyası və birgə fəaliyyətlərinin əsasını öyrənəcək, eyni zamanda əldə edilən məlumatlarla iş prosesi zamanı tələb ediləcək əsas anlayışlara hakim olacaqsınız.

Təchizatın müxtəlif sahələri üzrə əsas sənədlər və sorğu üsulları ilə tanış olacaqsınız.

Təlimin Məqsədi

Təchizat Zəncirinin İdarə Edilməsi üzrə müxtəlif sahələrdə yeni fəaliyyətə başlayan əməkdaşlar üçün Təchizatın əsas funksiya və fəaliyyətlərinin öyrədilməsi.

Təlimdə kimlər iştirak edə bilər?

Müxtəlif sahələrdən Təchizat Zəncirinin İdarə Edilməsi sahəsinə keçən əməkdaşlar, yeni başlayanlar, bu sahəyə keçmək istəyənlər və təcrübəsi olmayanlar, eyni zamanda isə tələbələr üçün nəzərdə tutulmuşdur.

 

İmtahanda iştirak edərək sertifikat əldə edə bilmək üçün təlimin 80%-dən az davamiyyət nəticəsi göstərilməməlidir.

Təlimin sonunda imtahan təşkil edilir və imtahan əsasında sertifikatlar təqdim edilir.

75%-dən yuxarı nəticə toplayan müvəffəqiyyət əldə etmiş sayılacaqdır

 

MÖVZULAR

 

○Təchizat zəncirində ümumi anlayışlar və təchizat zəncirinin önəmi

○Satınalmanın təchizat zəncirində rolu və funksiyası

○Satınalmada iş axışı 

○Satınalmada 5R modeli və onun rolu

○Satınalma tələbləri və tələblərdə 5C modelinin istifadəsi

○Mövcud bazarlar və onların araşdırılması metodikaları

Praktiki məşğələ

○Satınalma danışıqları və onların effektiv təşkilinin əsasları

○RF(x) sorğuları və onların növləri

○Tender anlayışı, əhəmiyyəti və satınalma prosesində rolu

○Tədarükçülərlə iş və onlarla münasibətlərin idarə edilməsinin əsasları

○Mülkiyyətin ümumi dəyərinin (TCO) mahiyyəti

○Razılaşma və müqavilələlər haqda ümumi anlayışlar

Praktiki məşğələ

○Çatdırılma və nəqliyyat logistikası, əsas müddəalar

○İncoterms və onların təcrübədə düzgün istifadəsi

○Daşımaların növləri və onların xüsusiyyətləri

○Anbar və ehtiyatların idarə edilməsi; əsas anlayışlar və ümumi müddəalar

Təlimin ödənişi 250 AZN təşkil edir.

Bir müəssisədən 2 əməkdaş iştirak etdikdə hər birinə 5%, 3 və daha artıq əməkdaş iştirak edərsə hər birinə 10% güzəşt tətbiq edilir.

Tələbələrə xüsusi olaraq 10% güzəşt tətbiq ediləcəkdir.

 

Təchizat və satınalma mütəxəssisi
Təlimçi Dərs tarixləri Saatları
İsmayıl Baxışlı 5 mart  (2-ci gün) 19:15-21:15
9 mart (6-cı gün) 10:00-14:00
12 mart (2-ci gün) 19:15-21:15
16 mart (6-cı gün) 10:00-14:00
19 mart (2-ci gün) 19:15-21:15
30 mart (6-cı gün) 10:00-14:00
Yekun İmtahan 6 aprel (6-cı gün) 11:00-12:00

Müraciət et

Popular courses