Mühasibatlıq Təlimi

Mühasibatlıq Təlimi



"Business Management School" MMC olaraq , 09 İyun 2021-ci  il tarixində başlayacaq "Mühasibatlıq" təliminin 6-cı sessiyasına qeydiyyatları açıq elan edirik. Ətraflı araşdırma edərək hazırladığımız yeni və əhatəli konsepti və yeni peşəkar təlimçi ilə bu təlim ehtiyaclarınıza tam cavab verəcək. 

Təlimdə kimlər iştirak edə bilər?

- Mühasib olmaq istəyənlər
- Mühasib asistentləri
- Mühasiblər
 

Nə üçün bu təlim?

Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.

I bölmə (6 saat)

  • Mühasibat uçotu anlayışı, ilkin sənədlər, mühasibatlıq hesabları və ikili mühasibat yazılış:
  • Mühasibat uçotu, idarəetmə uçotu və vergi uçotu anlayışları, mahiyyəti və istifadə səbəbləri;
  • Sənədlərin növləri və istifadə qaydaları;
  • Mühasibat hesabları anlayışı və yeni hesablar planı ilə tanışlıq
  • İkili mühasibat yazıları və istifadə qaydaları.

II  bölmə (6 saat)

  • Aktiv anlayışı, uzunmüddətli aktivlər və onların növləri, qeyri-maddi aktivlər:
  • Uzunmüddətli aktivlər və növləri; +
  • Amortizasiya anlayışı, metodları və hesablanma qaydaları;
  • Uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi;
  • Qeyri-maddi aktivlər, tətqiqat və təcrübə-konstruktur xərcləri;
  • Təmir məsrəfləri, mühasibat uçotunda əks etdirilməsi, cari və əsaslı təmir məsrəfləri.

III bölmə (6 saat)

  • Qısamüddətli aktivlər:
  • Qısamüddətli aktiv anlayışı, növləri və uçotu;
  • Mal-materialın uçotu, silinməsi və silinmə metodları (FİFO, LİFO, AVCO)
  • Debitor borcları və ümidsiz borclar;

IV bölmə (6 saat)

  • Kapital, öhdəliklər və mühasibat uçotu ilə əlaqəli normativ hüquqi sənədlərin təhlili:
  • Kapital anlayışı, növləri və fərqli xüsusiyyətləri;
  • Öhdəliklər və onların növləri;
  • Uçotda vergi ilə əlaqədar istifadə olunan bəzi nüanslar
  • Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları;

V bölmə (6 saat)

  • Maliyyə hesabatları anlayışı, məqsədi və hazırlanması:
  • Maliyyə vəziyyəti haqqında hesabat (Balans);
  • Maliyyə nəticəsi haqqında hesabat (Mənfəət və zərər);
  • Kapitaldakı dəyişikliklər haqqında hesabat;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat:

 

 

 

 

Təlimçi: Emin Məmmədov

Təhsili:

- 2001 - 2005 / Azərbaycan Dövlət İqtisad Universiteti, Mühasibat Uçotu və Audit , bakalavr pilləsi.  

- 2005 - 2007 / Azərbaycan Dövlət İqtisad Universiteti, Mühasibat Uçotu və Auidit, magistratura pilləsi.

 

Beynəlxalq Kvalifikasiya Sertifikatları:

- ACCA Member Candidate / F1, F2, F3, F4, F5, F6, F7, F9 Sertifikatları 

 

İş Tərübəsi:

- 2006 - 2009 / Zqan Holdinq, Mühasib,  Baş Mühasib

- 2009 - 2011 / Rəsmi mühasibatlıq xidmətlərinin göstərilməsi üzrə Konsultant

- 2011-2016 / Modern Şirkətlər Qrupu, Baş Mühasib, Maliyyə meneceri

- 2016 - indiyə kimi /  "PC" MMC, Maliyyə üzrə Audit 

 

Təlim ödənişlidir. 32 saatlıq təlim proqramı 2 ay davam edəcək.

Təlim ödənişi aylıq ödənilərsə, hər ay üçün 180 AZN-dir,

Tam ödənilərsə, ümumi məbləğ 320 AZN

- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%

Ödənişə daxildir:

- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk 

 "Business Management School" təlimlərinin məzunları üçün təlim ödənişinə 10 % endirim tətbiq ediləcəkdir.

Təlimin başlama tarixi: 09 İyun 

Təlimin keçiriləcəyi gün və saatlar:

09 İyun ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
11 İyun ( Cümə ) 19:00 - 21:00 - 2 saat
16 İyun ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
18 İyun ( Cümə ) 19:00 - 21:00 - 2 saat
23 İyun ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
25 İyun ( Cümə ) 19:00 - 21:00 - 2 saat
30 İyun ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
02 İyul ( Cümə ) 19:00 - 21:00 - 2 saat
07 İyul ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
09 İyul ( Cümə ) 19:00 - 21:00 - 2 saat
14 İyul ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
16 İyul ( Cümə ) 19:00 - 21:00 - 2 saat
21 İyul ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat
23 İyul ( Cümə ) 19:00 - 21:00 - 2 saat
28 İyul ( Çərşənbə ) 19:00 - 21:00 - 2 saat

Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.