İşə Qəbul və Seçim Mərhələləri

İşə Qəbul və Seçim Mərhələləri



"Business Management School" MMC olaraq İnsan Resurslarının İdarə Edilməsi sahəsindəki zəngin və uğurlu təcrübəmiz əsasında "İşə Qəbul və Seçim Mərhələri" Təliminin 3-cü sessiyasını elan edirik.

 

 Təlim Azərbaycan dilində tədris ediləcəkdir.

 

 Təlimin müddəti: 12 saat

 

  Təlim kimlər üçün nəzərdə tutulub?

- İnsan Resursları sahəsində çalışanlar

- Çalışdığı şirkətin işə qəbul və seçim prosesslərində birbaşa iştirak edən rəhbər işçilər

- İnsan Resursları və İşə qəbul sahəsində karyera qurmaq istəyənlər

 

 Təlim proqramı:

 

1. Şirkət daxili insan amilinin təhlili: "uğurlu əməkdaşın profili"

2. Şirkət daxili korporativ mədəniyyət

3. Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir

4. Voronka sistemi

5. Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili

6. Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillərin hazırlanması qaydaları

7. Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list)

8. İş elanlarının hazırlanması (beynəlxalq təcrübədə istifadə edilən iş elanları)

9. Sosial strateji rekrutinq (gündəlik-həftəlik- aylıq-illik)

10. Müsahibəyə qədər seçim

11. Employer Branding

12. Assessment Center

13. Express-assessment

14. LAB-profile

15. Rekrutinq prosesinin avtomatlaşdırılması

16. Yerli şirkətlərdə istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi tərəfləri)

17. Beynəlxalq təcrübədə istifadə edilən qeyri standart seçim metodları (Preliminaring, Gamification, Brainteaser interview, Behavioral interview)

18. Namizədlərin qiymətləndirilməsi üçün Star, Parla, DİSC, Rodger, Munro Fraser və digər metodlar

19. Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri)

20. Müsahibənin strukturu

21. Böyük həcimli layihələrə işçilərin işə qəbulu ( il ərzində 1500-2000 yeni əməkdaş) üçün müasir sistemlərin tətbiqi və idarə edilməsi

22. Müsahibə zamanı və sonra namizədi motivasiya etmə texnologiyaları

23. Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları

24. Müsahibə zamanı yalanların təyin edilməsi üçün beynəlxalq təcrübədə istifadə edilən metodlar

25. Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu

26. Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili)

27. Müsahibə zamanı edilən səhvlər və təhlili

28. Profildən asılı olaraq tələb olunan kompetensiyaların təyin edilməsi üçün mexanizimlər

29. Qiymətləndirmə blankları

  Şamo Mürşüdov (ICM, AIRP, GCHRM, Assoc CİPD)

 

Professional iş həyatına 2001ci ildə "MainStaff" (Moskva) beynəlxalq kadr agentliyində başlayaraq, personalın işə qəbulu və planlaşdırılması üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra "Development Services Group"-da personalın seçimi və inkişafı bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞdə İşə qəbul üzrə menecer və HR koordinator vəzifələrində çalışmış Şamo bəy  işə qəbul sisteminin qurulması, işçi məmnunluğu, stimulaşdırma, saxlanılması, motivasiya sistemlərinin yaradılması-tətbiqi, tədbirlərin (teambuilding) təşkilatçısı kimi, konsultant olaraq fəaliyyət göstərir.  Şamo Mürşüdov bir müddət "Bank Respublika" ASC-nin İşə qəbul şöbəsinin rəhbəri vəzifəsində çalışmış, hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin İnsan Resurslarının İdarə Edilməsi departamentinin rəhbəri vəzifəsində çalışmaqdadır. 2011ci ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində kütləvi agent şəbəkəsinin yaradılıb idarə edilməsində iştirak edərək, voronka sisteminin tətbiqində HR koordinator olaraq fəaliyyət göstərmişdir.(1 il ərzində 16000 namizədlə müsahibə)Təhsili:· Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının idarə edilməsi· Capella University (ABŞ) – HR menecment· American Society for Training and Development (USA) – (CPLP TM – Certified Professional in Learning and Performance)· İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (CIPD-İngiltərə)· Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP- İngiltərə)- Ericson Coaching International-ın üzvüdür,  ICF-International Coach Federation tərəfindən təsdiqlənən Erickson Coaching International-a məxsus Professioanl Coach ECC və ECPC dərəcəsini qazanmışdır.

  Təlimin ödənişi: 200 AZN

- Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
  3. Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!

- Təlim ödənişini nağd (iki hissədən ibarət olmaqla) və ya onlayn şəkildə ödəyə bilərsiniz. 

Qeyd: Sadəcə bir endirim şərtindən yararlanmaq mümkündür.

- Ödənişə daxildir:

-Təlim materialları
- Coffee-break
-İştirak barədə sertifikat
 

 Təlimin keçiriləcəyi gün və saatlar:

Təlim qrafiki:

20 İyun - (bazar) - 14:40 - 18:30
27 İyun - (bazar) - 14:40 - 18:30
04 İyul - (bazar) - 14:40 - 18:30



Bu təlim həmçinin korporativ olaraq təşkil edilməkdədir. 

 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs elektron “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. 
Təlimin sonunda iştirakçılar imtahan ediləcəkdir. Yekun imtahan balı yüksək olanlar "müvəffəqiyyət" sertifikatı ilə təltif olunacaqdır.