"Business Management School" MMC Şamo Mürşüdovun təqdimatında "Təqdimat Bacarıqları" interaktiv təliminin 2-ci sessiyasına qeydiyyatları açıq elan edir.
Kimlər üçün nəzərdə tutulub:
- Satış mütəxəssisləri üçün
- Təlimçilik bacarıqları, təqdimat və çıxış etmək bacarıqlarını formalaşdırmaq istəyənlərə
- Təlimçi kimi fəaliyyət göstərmək istəyənlərə
- Şirkət əməkdaşları üçün təlim və inkişaf proqramını qurmaq istəyənlərə
Təlim sonu öyrənəcəksiniz:
- Təqdimat və çıxışlarınıza necə hazırlaşmaq və uğurlu çıxış etmək
- Effektiv təqdimatın hazırlanması
- Effektiv təlim proqramı necə hazırlanır və hansı texnoloqiyalardan istifadə edilir
- Şirkət tələbləri və əməkdaşların ehtiyaclarına uyğun təlim proqramının hazırlanması
- Keyfiyyətli təlimin keçiriliməsi üçün kompleks sistemlər və metodlar
- İnsan psixotiplərinə uyğun öyrədilmə metodikaları
- Qrupun idarə edilməsi
Təlimin müddəti: 16 saat.
Təlim Azərbaycan dilində tədris ediləcəkdir.
Korporativ tələblər üçün təlimin rus və ingilis dillərində də tədrisi mümkündür.